Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərə qatılacaqlar

Posted by

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərə qatılacaqlarAzərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərə qatılacaqlar

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərə qatılacaqlar

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 29-dan oktyabrın 3-dək Bakı şəhərində “Hərbi xidmətkeçmənin idarəolunması və peşəkar hazırlıq” mövzusunda seminar, oktyabrın 10-dək Budapeşt şəhərində (Macarıstan) “NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi” kursu və Buxarest şəhərində (Rumıniya) Sülhü dəstəkləmə əməliyyatları kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

Trend.az