Azərbaycan həbsxanalarında yeni mühafizə və təhlükəsizlik sistemləri qurula bilər

Posted by

Azərbaycan həbsxanalarında yeni mühafizə və təhlükəsizlik sistemləri qurula bilərAzərbaycan həbsxanalarında yeni mühafizə və təhlükəsizlik sistemləri qurula bilər

Azərbaycan həbsxanalarında yeni mühafizə və təhlükəsizlik sistemləri qurula bilər

Penitensiar Xidmətin Baş idarəsində Mühafizə texnikası şöbəsi tərəfindən “Avropa ölkələrinin həbs yerlərində istifadə olunan müasir tipli mühafizə və təhlükəsizlik sistemləri” mövzusunda treninq-məşğələ keçirilib.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin rəis müavini ədliyyə general-mayoru Nizaməddin Cəlilovun rəhbərliyi ilə keçirilən məşğələdə müəssisə rəislərinin müavinləri və bu sahəyə cavabdeh əməkdaşlar iştirak ediblər.

 

Tədbirdə bu sahə üzrə peşəkarlaşmış Avropa və Türkiyə şirkətlərinin Bakıdakı nümayəndələri tərəfindən “GPS STANDART” və “ELEKTRON QOLBAQ” mühafizə və təhlükəsizlik sistemlərinin təqdimatı keçirilib. Təqdim olunan sistemlərin NATO standartlarına cavab verən və dünyanın 40-a yaxın ökəsində tətbiq olunması qeyd olunub. Bundan sonra həmin mütəxəssislər dünyada İKT sahəsində qabaqcıl texnologiyalar barədə məlumat veriblər.

 

Təqdimatın sonunda məşğələ iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və bu tip tədbirlərin 2015-ci ildə də davam etdiriləcəyi bildirilib.

 

Trend.az