Azərbaycan bütün istiqamətlərdə xam neft ixracını azaldıb

Posted by

Azərbaycan bütün istiqamətlərdə xam neft ixracını azaldıb

Azərbaycan bütün istiqamətlərdə xam neft ixracını azaldıb

Azərbaycan bütün istiqamətlərdə xam neft ixracını azaldıb

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin fevral ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 84 910 ton xam neft ixrac edib.

 

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,9% azdır.

 

Ötən ay Supsa limanından (Qara dəniz, Gürcüstan) 242 132 ton xam neft göndərilib ki, bu da 2013-cü ilin fevral ayına nisbətən 31,5% azdır.

 

Hesabat dövründə Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 19,6% az, yəni 1 400 577 ton xam neft ixrac edilib.

 

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Novorossiysk limanından 169 649 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 2 ayı ilə müqayisədə 32,6% azdır.

 

Bu ilin ilk iki ayında ötən ilin analoji dövrü ilə müqayisədə Supsa limanından 0,7% çox, yəni 565 129 ton, Ceyhan limanından isə 5,6% az və ya 2 992 617 ton xam neft ixrac edilib.

 

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

 

Apa.az