Azərbaycan BMT-yə Əlillərin hüquqları haqqında Konvensiyanı yerinə yetirmə vəziyyəti ilə bağlı hesabat verəcək
Aprelin 1-2-də Cenevrədə BMT-nin Əlillərin hüquqları üzrə Komitəsi Azərbaycanın müvafiq Konvensiyanı yerinə yetirmə vəziyyətini müzakirə edəcək.
APA-nın BMT İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, 18 müstəqil ekspertdən ibarət Komitə İsveç və Kosta-Rikada da əlillərin hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti nəzərdən keçirəcək.
Qeyd edək ki, BMT-nin Əlillərin hüquqları haqqında Konvensiyası 2006-cı ilin dekabrında qəbul edilib, 2008-ci ilin mayında qüvvəyə minib və 143 dövlət tərəfindən ratifikasiya olunub. Azərbaycan sənədi 2009-cu ilin yanvarında ratifikasiya edib.
Apa.az