Azərbaycan vətəndaşlarına Böyük Britaniyaya vizaların verilməsi ilə məşğul olacaq şirkətin adı açıqlandı

Posted by

Azərbaycan vətəndaşlarına Böyük Britaniyaya vizaların verilməsi ilə məşğul olacaq şirkətin adı açıqlanıb. 2014-cü ilin mart ayından etibarən Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin yeni işgüzar partnyoru Teleperformance LLC Azərbaycanda Viza Müraciət Mərkəzinin idarəetməsi ilə məşğul olacaq. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin facebook səhifəsində bildirilib.

Məlumatda bildirilib ki, Viza Müraciət Mərkəzinin fəaliyyət saatlarında müəyyən dəyişiklik ediləcək. Belə ki, iş saatları bazar ertəsindən cümə gününədək davam edəcək.

Məlumatda bildirilir ki, viza müraciətləri barədə qərar Böyük Britaniya Vizaları və İmmiqrasiya agentliyinin İstanbuldakı mərkəzi tərəfindən veriləcək.

Müraciətlərə baxılma müddətinə heç bir dəyişiklik edilməyəcəkdir. 90% qeyri-məskunlaşma viza müraciətlərinə 15 iş günü və 95% məskunlaşma müraciətlərinə isə 12 həftə ərzində baxılacaqdır.

Trend.az