Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında müqaviləyə tərəf dövlətlərin Assambleyasının büro üzvü seçilmişdir

Posted by

Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında müqaviləyə tərəf dövlətlərin Assambleyasının büro üzvü seçilmişdir

 

Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında müqaviləyə tərəf dövlətlərin Assambleyasının büro üzvü seçilmişdir

Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında müqaviləyə tərəf dövlətlərin Assambleyasının büro üzvü seçilmişdir

 

Tailandın Banqkok şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında müqaviləyə tərəf dövlətlərin ikinci Assambleyası keçirilmişdir.

Tədbirdə müqaviləyə tərəf olan 29 ölkənin və 11 müşahidəçi dövlətin yüksək səviyyəli nümayəndə heyətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.

Assambleyada Azərbaycanı vergilər nazirinin müavini Sahib Ələkbərovun başçılığı ilə Vergilər Nazirliyi, Baş Prokurorluq və ölkəmizin Avstriyada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, tədbirin açılışında Tailandın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Komissiyasının prezidenti Panthep Klanarongran və Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı direktoru Martin Kreutner çıxış etmişlər. Çıxışlarda akademiyanın inkişafı ilə bağlı görülən işlərdən və gələcək planlardan söhbət açılmış, qısa müddət ərzində təşkilatın beynəlxalq nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığı, akademiyanın BMT Baş Assambleyası yanında müşahidəçi statusu alması ilə bağlı prosedurların yekunlaşmaqda olduğu bildirilmişdir.

Assambleyanın ilk sessiyasında korrupsiyanın təzahür formaları, ona qarşı mübarizədə müxtəlif milli təcrübələr, habelə Beynəlxalq Antikorrupsiya Akademiyasının fəaliyyətinə dəstək verilməsi məsələləri ilə bağlı çıxışlar olmuş, müzakirələr aparılmışdır.

İlk sessiyada çıxış edən S.Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, əldə edilmiş uğurlar və beynəlxalq əməkdaşlığın istiqamətləri barədə məlumat vermişdir. S.Ələkbərov 2005-ci ildən etibarən Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın fəaliyyət göstərdiyini, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması sahəsində beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradıldığını, müvafiq dövlət proqramlarının, o cümlədən korrupsiyaya qarşı mübarizəyə, həmçinin Açıq Hökumətin təşviq olunmasına dair yeni Milli Fəaliyyət Planlarının qəbul edildiyini bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə qoşulan ilk ölkələrdəndir və onun əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatların hesabatlarında təqdir olunmuşdur. Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizənin vacib elementi kimi vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsinə və onların əlçatan olmasına xüsusi önəm verir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmət mərkəzlərinin fəaliyyəti buna misal göstərilmiş, ölkəmizin vergi orqanlarının elektron xidmətlərindən yararlanan vətəndaşların sayının gündən-günə artdığı vurğulanmışdır.

Tədbir iştirakçılarına məlumat verilmişdir ki, Vergilər Nazirliyi ilə Beynəlxalq Antikorrupsiya Akademiyası arasında 2012-ci ilin fevral ayında imzalanmış anlaşma memorandumu çərçivəsində geniş əməkdaşlıq həyata keçirilir. Ötən müddət ərzində vergi xidmətində tətbiq edilmiş yeni informasiya texnologiyaları sayəsində vergi ödəyiciləri ilə iş prosesləri tamamilə elektronlaşdırılmışdır. Bu da vətəndaş-məmur təmaslarının minimal səviyyəyə endirilməsinə və korrupsiyaya zəmin yaradan halların aradan qaldırılmasına xidmət edir. Vergilər Nazirliyi ölkəmizdə elektron dövlət quruculuğunda fəal iştirak edən və mobil hökumətə keçid istiqamətində konkret layihələr reallaşdıran ilk dövlət qurumlarından biridir.

Assambleyada təşkilatın inkişafı üzrə müvafiq orqanların hesabatları dinlənilmiş, Rusiya, Avstriya və Antikorrupsiya Akademiyasının təqdim etdiyi üç qətnamə layihəsi geniş müzakirələrdən sonra qəbul olunmuşdur. Həmçinin növbəti il üçün Assambleyanın rəhbər orqanı olan büroya seçkilər keçirilmiş, nümayəndəsi büroya üzv seçilmiş beş ölkədən biri də Azərbaycan olmuşdur.