Azad Rəhimov Biləsuvarda vətəndaşlarla görüşəcək

Posted by

Azad Rəhimov Biləsuvarda vətəndaşlarla görüşəcəkAzad Rəhimov Biləsuvarda vətəndaşlarla görüşəcək

Azad Rəhimov Biləsuvarda vətəndaşlarla görüşəcək

27 yanvar tarixində gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan sakinləri qəbul edəcək.

 

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh. Mübariz İbrahimov küçəsi 120. Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 26-dək saat 09:00-dan 18:00-dək aparılacaq.

 

Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

 

Ağcabədi – 050-515-29-00

 

Beyləqan – 055-743-12-12

 

Biləsuvar – 050-504-44-22

 

İmişli – 055-635-66-49

 

Trend/az