Azad Rəhimov Biləsuvarda vətəndaşlarla görüşəcək
27 yanvar tarixində gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan sakinləri qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh. Mübariz İbrahimov küçəsi 120. Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 26-dək saat 09:00-dan 18:00-dək aparılacaq.
Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Ağcabədi – 050-515-29-00
Beyləqan – 055-743-12-12
Biləsuvar – 050-504-44-22
İmişli – 055-635-66-49
Trend/az