Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramına əsasən hərbi psixologiya, hərbi qanunvericilik, mətbuat və ictimaiyyətlə əlaqələr məsələləri üzrə mütəxəssislərin görüşü keçirilib.
Azərbaycan MN-in saytının verdiyi məlumata əsasən, tədbirdə hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər və intizam hüququ, hərbi əməliyyatlar zamanı psixoloji hazırlıq, həmçinin bir sıra digər mövzularda mühazirələr təqdim olunub və geniş fikir mübadiləsi aparılıb.
APA