Azərbaycan-Aİ danışıqlarının vaxtı dəyişdirilib

Posted by

Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq yeni sazişin siyasi mərhələsi üzrə müzakirələrin vaxtı dəyişib.

Bu barədə məlumatı Aİ-nin Siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Denis Danilidis verib. O bildirib ki, görüşün noyabrın 27-28-də Brüsseldə keçirilməsi nəzərdə tutulur. D. Danilidis qeyd edib ki, müzakirələrin vaxtı tərəflərin sıx qrafiki ilə əlaqədar dəyişdirilib.

Qeyd edək ki, daha əvvəl görüşün noyabrın 6-7-də keçirilməsi planlaşdırılırdı.

APA