Aydın Əliyev MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclasında iştirak edib

Posted by

Aydın Əliyev MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclasında iştirak edib Aydın Əliyev MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclasında iştirak edib

Aydın Əliyev MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclasında iştirak edib

Dekabrın 4-də Rusiyanın Soçi şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 60-cı iclası keçirilib.

 

Azərbaycan Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycanı DGK-nın sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil edib.

 

İclasda əsasən 2012-2015-ci illər ərzində MDB-yə üzv dövlətlərin gömrük orqanlarının mətbuat xidmətlərinin ictimaiyyətlə əlaqələrin təmin edil­mə­si üzrə qarşılıqlı fəaliyyət Konsepsiyasının müddəalarının həyata keçirilməsi, dəmiryol nəqliyyatı ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi və nəzarəti zamanı MDB üzv dövlətlərin gömrük orqanları və dəmir yolu idarələrinin qarşılıqlı fəaliyyətinin nümunəvi texnologiyasına dəyişikliklər edilməsi haqqında Protokol layihəsi, MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin və Ümumdünya Gömrük Təşkilatının hüquq-mühafizə fəaliyyəti üzrə Regional Əlaqələndirmə Qovşağı Moskvanın 2015-ci il üçün iş planlarının təsdiqinə dair və s. məsələlər müzakirə edilib.

 

İclas çərçivəsində A. Əliyevlə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov arasında görüş keçirilib.

 

Görüşdə iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri müzakirə edilib, eyni zamanda ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, bu istiqamətdə iki ölkənin uyğun qurumları arasında gələcəkdə imzalanması nəzərdə tutulan protokol layihəsi üzərində hazırlıq işlərinin getdiyi diqqətə çatdırılıb.

 

 

Apa.az