Avstriyalı alim və tarixçi erməni terroru haqqında həqiqətləri əks etdirən kitab yazıb
Məşhur avstriyalı alim, tarixçi və etnoqraf Erix Fayql erməni terroru haqqında həqiqətləri əks etdirən kitab yazıb. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu barədə öz “Twitter” səhifəsində yazıb.
N.Məmmədov bildirir ki, Erix Fayql kitabında yazıb: “Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər Ermənistanda yaşayanlardan daha radikal və sərt mövqedədirlər”.
E.Fayql kitabında qeyd edib ki, erməni ekstremizmi nəticəsində İslamın itkiləri dəfələrlə böyük olub: “Lakin bu günə kimi heç kəs erməni terrorçularının təhriki ilə baş tutan iğtişaşlardakı müsəlman qurbanlarının taleyi haqqında soruşmur”.
Trend.az