Avropa Şurası Parlament Assambleyasının qış sessiyası işə başladı

Posted by

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası işə başladı

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası işə başladı

 

 

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası işə başladı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası yanvarın 26-da işə başlayıb.

 

AŞPA-nın sədri xanım An Brasörün vəzifə səlahiyyətləri bitdiyindən sessiyanı polşalı deputat Tadeuş Livinski açıb. O, dünyanı bürüyən böhrana baxmayaraq, AŞPA-nın öz dəyərlərinin müxtəlif ölkələrdə bərqərar olmasında və möhkəmlənməsində maraqlı olduğunu diqqətə çatdırıb, beynəlxalq terrorizmin bəşəriyyət üçün ciddi təhlükə olduğunu bildirib.

 

Gündəliyə əsasən AŞPA sədrinin seçkisi keçirilib. Deputatlar bu vəzifəyə yenidən lüksemburqlu deputat An Brasöru seçiblər.

 

Çıxış edən An Brasör ötən ilin bir çox hadisələrlə yadda qaldığını, yeni ilin isə heç də yaxşı başlamadığını qeyd edib. Son vaxtlar dünyada rasizm və antisemitizm meyillərinin artdığını diqqətə çatdıran sədr AŞPA-nın bu təzahürdən ciddi şəkildə narahat olduğunu, Parisdə törədilən terror aktlarının dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənildiyini bildirib.

 

Münaqişələr və müharibələr nəticəsində minlərlə insanın qaçqın və məcburi köçkün kimi başqa ölkələrdə məskunlaşdığını və onların hüquqlarının pozulduğunu qeyd edən A. Brasör AŞPA-nın bu məsələyə biganə qalmadığını, onların talelərinin diqqət mərkəzində olduğunu, bununla əlaqədar məsələnin qış sessiyasının gündəliyinə salındığını söyləyib.

 

Sonra deputatlar sessiyanın gündəliyinı təsdiq ediblər. Parisdə törədilmiş terror aktı və Ukrayna ilə bağlı məsələnin sessiyada təcili müzakirə olunması qərara alınıb.

 

AzərTac.az