Avropa İttifaqına tamhüquqlu üzvlük Türkiyə xarici siyasətinin önəmli hədəflərindən biridir

Posted by

Avropa İttifaqına tamhüquqlu üzvlük Türkiyə xarici siyasətinin önəmli hədəflərindən biridirAvropa İttifaqına tamhüquqlu üzvlük Türkiyə xarici siyasətinin önəmli hədəflərindən biridir

Avropa İttifaqına tamhüquqlu üzvlük Türkiyə xarici siyasətinin önəmli hədəflərindən biridirAvropa İttifaqına (Aİ) tamhüquqlu üzvlük Türkiyə xarici siyasətinin önəmli hədəflərindən biridir. Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Trend-ə açıqlamasında bildirib.

 

Səfir qeyd edib ki, Avropanın Türkiyə üçün iqtisadi-siyasi mahiyyəti var.

 

Onun sözlərinə görə, Türkiyənin Aİ-yə yönəlməsi və quruma tamhüquqlu üzv olması Ankaranın Yaxın Şərq və Qafqaz siyasətindən əl çəkəcəyi anlamına gəlmir: “Ankara Avropa İttifaqına üzv olmaq üçün islahatlar apararaq, öz hədəflərinə sürətlə yaxınlaşır”.

 

İ.A.Coşqun deyib ki, Türkiyənin Ümumdünya Gömrük Təşkilatına üzv olması çətinliklərə baxmayaraq öz rəqabət gücünü artırdı: “Türkiyə Aİ ilə müzakirələrə başladığı zaman Avropa İttifaqına tamhüquqlu üzv olmağı qarşısına hədəf qoydu. Aİ-nin bu məsələdən vaz keçməsi mümkün olmadığı kimi, Türkiyənin də bu prosesdən vaz keçəcəyi mümkün deyil”.

 

Qeyd edək ki, Türkiyənin Aİ-yə üzv olması üzrə rəsmi danışıqlar 2005-ci ildən başlayıb.

 

Trend.az