Avropa Parlamentində keçirilən simpoziumda Azərbaycanın mədəniyyət diplomatiyası sahəsində əldə etdiyi uğurlardan danışılmışdır

Posted by

Mayın 22-də Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Avropa Parlamentində Mədəniyyət Diplomatiyası İnstitutunun təşkilatçılığı ilə keçirilən “Avropa İttifaqında mədəniyyət diplomatiyası” mövzusunda beynəlxalq simpoziumda çıxış etmişdir.

F.İsgəndərov simpoziumun gündəliyinə “Mədəniyyət diplomatiyasında Azərbaycan təcrübəsi və Azərbaycanın mədəniyyət diplomatiyası vasitəsilə qlobal inteqrasiyası” adlı mövzunun salındığına görə təşkilatçılara təşəkkür etmişdir. O, ölkəmizin tarixən sivilizasiyaların qovuşuğunda yerləşdiyini və bu coğrafi şəraitin Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olmasına gətirib çıxardığını diqqətə çatdırmışdır.

Səfir son illər Azərbaycanın mədəniyyət diplomatiyası sahəsində əldə etdiyi uğurlar, ölkəmizin ev sahibliyi ilə keçirilən beynəlxalq forum və konfranslar barədə məlumat vermişdir. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın himayəsi ilə ölkəmizin çoxsaylı tədbirlərə ev sahibliyi etdiyini, eyni zamanda, Avropada müxtəlif layihələr vasitəsilə mədəniyyətlərarası diplomatiyaya töhfəsini verdiyini vurğulamışdır.

Səfir F.İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə bağlı Fərman imzalamasının dövlət başçısının ölkəmizin mədəniyyət diplomatiyasına, mədəniyyətlərarası əlaqələrə nə qədər əhəmiyyət verməsinin bariz nümunəsi olduğunu qeyd etmişdir.

Sonda səfir tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

Simpozium yerli və xarici KİV-lər tərəfindən geniş işıqlandırılmışdır.

AzərTac.az