AVCİYA-da “İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində sonuncu dəyirmi masa keçirilib

Posted by

Noyabrın 13-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində sonuncu dəyirmi masa keçirib. İkinci Qarabağ müharibəsinin yekunlarına həsr edilmiş bu dəyirmi masada Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı qələbədən danışılıb.

Siyasi elmlər doktoru, professorRamiz Sevdimalıyev,Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili, politoloq Ramiyə Məmmədova, Topçubaşov siyasi tədqiqatlar mərkəzinin eksperti Cavidan Əhmədxanlı, “1905.az” portalının direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, layihənin rəhbəri İrina Muxtarovanın iştirak etdiyi tədbirə onlayn olaraq Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Karim İfrak, İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Qafqaz üzrə ekspert Mutəz Muhy Əbdülhəmid və ukraynalı türkoloq, yazıçı,Yeditepe Universitetinin müəllimi İvan Pavli də qoşulublar.

Dəyirmi masanı moderatoru Fuad Babayev Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun cəbhədə qazandığı qələbələrdən söz açaraq qeyd etdi ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsini icra edir. Birinci dəyirmi masada Ermənistanın Azərbaycana təcüvüzünün tarixi kökləri, ikinci dəyirmi masada isə Ermənistanın Azərbaycana təcavüzünün iqtisadi, kulturoloji və ekoloji fəsadlarının müzakirə edildiyini tədbir iştirakçılarının diqqətinə çatdıran F.Babayev bugünkü dəyirmi masanın İkinci Qarabağ müharibəsinin yekunlarına həsr olunduğuna bildirib. Çıxışçı hər 3 tədbirin materialları əsasında Azərbaycan və ingilis dillərində kitab nəşr ediləcyini xüsusi vurğulayıb.

Ramiz Sevdimalıyev torpaqlarımızın işğaldan azad olunması münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki,məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin yarıtmaz fəaliyyəti və təcavüzkarı de-fakto dəstəkləməsi danışıqlar prosesinin nəticəsiz qalmasına səbəb olub. Buna görə də Azərbaycan Ordusu beynəlxalq təşkilatların funsiyasını yerinə yetirmək məcburiyyətində qalıb.

Dəyirmi masaya onlayn olaraq qatılan Karim İfrak qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq nəinki fransız cəmiyyətinin, hətta siyasi qərarları qəbul edənlərin belə Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və diplomatik aspektləri ilə bağlı məlumatı yoxdur. Azərbaycanın Ermənistana qalib gələrək haqqı olan torpaqları geri almasına diqqət çəkən fransalı araşdırmaçı bu qələbənin bütün regiona siyasi, iqtisadi və sosial müstəvidə stabillik gətirəcəyinə inandığını vurğulayıb.

Mutəz Muhy Əbdülhəmid bildirib ki, Azərbaycanınbu müharibədə hərbu uğur qazanaraq öz torpaqlarını işğaldan azad etməsi, mülki şəxsləri və obyektləri hədəf almadan aparılan döyüş taktikası dünyada yeni bir nümunədir. Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən iraqlı araşdırmaçı qeyd etdi ki, Azərbaycan ordusunda olan mənəvi ruh yüksəkliyini erməni ordusunun məğlubedilməzlik mifini asanlıqla dağıtdı.

Əhməd Əlili baş verən poseslərin miqyasına, onun sosial, iqtisadi və siyasi nəticələrinə diqqət çəkərək regionun geosiyasi konfiqurasiyasından və oradakıqüvvələr balansından danışıb. Daha sonra çıxışçı bildirib ki, qeyri-müsəlman dövlətlərinin Azərbaycana göstərdiyi dəstək Ermənistanın bu müharibəyə dini xarakter verməsinin qarşısını aldı.

Həqiqətən qürurverici günlər yaşadığımızı vurğulayan Cavidan Əhmədxanlı qeyd edib ki,İkinci Qarabağ müharibəsinin hərbi fazasının yekunlaşması ilə siyasi, diplomatik mübarizə mərhələsi başlayır.

İvan Pavli böyük qələbə münasibətilə Azərbaycan xalqını təbrik edərək bildirib ki, Ermənistanın Gəncədəki mülki əhalini hədəf almasına adekvat cavab verilməməsi, ermənilərin işğal etdikləri torpaqlardan çıxması üçün dəhlizin ayrılması Azərbaycan xalqının humanizminin təzahürüdür.

Ramiyə Məmmədova qeyd edib ki,hərbi müsatəvidə müharibə bitsə də, diplomatik müstəvidə müharibəmiz, informasiya müharibəmiz hələ uzun müddət davam edəcək. Bunun üçün diaspora fəaliyyətimiz və xarici mediaya çıxış imkanlarımız daha da genişləndirilməlidir.

AVCİYA-nın Mətbuat xidməti