ATƏT PA Azərbaycandakı prezident seçkilərini izləmək üçün müşahidə missiyasını göndərəcəyi barədə qərar verib
ATƏT-in Parlament Assambleyası (ATƏT PA) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün qısamüddətli müşahidə missiyası göndərmək barədə qərar qəbul edib. Bu barədə ATƏT PA-dan Trend-ə bildirilib.
Məlumatda qeyd olunur ki, seçkilərə bir neçə gün qalmış müşahidə missiyası ölkəyə səfər edəcək.
Missiyasının tərkibi hələlik məlum deyil. Lakin məlumatda bildirilir ki, ATƏT PA-da təmsil olunan hər nümayəndə heyəti yalnız bir müşahidəçi göndərə bilər.
Müşahidə missiyasına ATƏT PA Bürosundan da müşahidəçilərin qoşulacağı bildirilib.
ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara Fransanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Mişel Vuasini təşkilatın qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edib. Heyət məlum olduqdan sonra, ATƏT PA sədri Ranko Krivokapiç təşkilatın nümayəndə heyətinin rəhbərini təyin edəcək.
Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.