ATƏT-in fəaliyyətdə olan sədri: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nizamlanma prosesinin uzanması bizi də narahat edir”

Posted by

ATƏT-in fəaliyyətdə olan sədri:  “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nizamlanma prosesinin uzanması bizi də narahat edir”ATƏT-in fəaliyyətdə olan sədri: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nizamlanma prosesinin uzanması bizi də narahat edir”

ATƏT-in fəaliyyətdə olan sədri:  “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nizamlanma prosesinin uzanması bizi də narahat edir”

“Bazel görüşü çərçivəsində mən bütün nazirlərlə görüşüb onlarla fikir mübadiləsi aparmağa çalışacam”

 

Bazel. Rüfət Əhmədzadə – APA. “Dağlıq Qarabağ münaqişəsi həlli vacib olan məsələlərdən biridir və nizamlanma prosesinin uzanması bizi də narahat edir”.

 

APA-nın İsveçrəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənnin xarici işlər naziri Didier Burkhalter bunu ATƏT XİN başçıları Şurasının Bazel görüşündən öncə keçirdiyi mətbuat konfransında deyib.

 

O qeyd edib ki, münaqişə ilə bağlı fikirlərini, tövsiyələrini Azərbaycan və Ermənistan XİN başçılarına bundan əvvəl də bildirib: “Bazel görüşü çərçivəsində mən bütün nazirlərlə görüşüb onlarla fikir mübadiləsi aparmağa çalışacam. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi məşğul olmaq üçün zaman məhdudiyyəti olsa da, bu prosesi izləyirik və tərəflərin vəziyyəti yaxşı qiymətləndirməsinə, gərginliyi azaltmaq və nizamlanmaya nail olmaq üçün müsbət addımlar atmasına ümid edirik”.

 

APA.az