Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısının tarixi açıqlanıb

Posted by

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısının tarixi açıqlanıb

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısının tarixi açıqlanıb

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısının tarixi açıqlanıb

Mayın 20-21-də Şanxay şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) iştirakçı dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək.

Trend-in TürkPA-ya istinadən verdiyi məlumata görə, sözügedən zirvə toplantısında sədrlik Türkiyədən Çin Xalq Respublikasına keçəcək.

Zirvə toplantısı ilə bağlı məsələlərin müzakirə edilməsi məqsədilə martın 6-da TürkPA-nın baş katibi Jandos Asanov Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya məsələləri üzrə Departamentinin direktor müavini Su Fangqiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlk dəfə pan-Asiya təhlükəsizlik strukturunun yaradılması ilə məşğul olan bir konfransın çağırılması ideyası 5 oktyabr 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən təklif olunub. Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün effektiv və məqbul bir strukturun yaradılması niyyəti bu təşəbbüsün əsas hərəkətverici qüvvəsi idi.

2006-2008-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin ilk icraçı direktoru vəzifəsində fəaliyyət göstərən J.Asanov qeyd edib ki, ötən dövr Qazaxıstan Prezidentinin ideyasının tam zamanında verilmiş bir qərar olduğunu bir daha sübut edib.

 

Hazırda CICA Asiyanın 20-dən artıq ölkəsini bir araya gətirən və müxtəlif sahələrdə etimad tədbirlərini həyata keçirən unikal beynəlxalq platforma kimi formalaşıb. CICA-nın müntəzəm fəaliyyəti gələcəkdə Asiyanın hər tərəfini əhatə edən təhlükəsizlik strukturunun yaradılmasına yol açan əsaslı ekspert potensialının toplanmasına imkan verir.

TürkPA-nın baş katibi CICA-nın Çin sədrliyi altında ümumi məqsəd və vəzifələrin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli irəliləyişə nail olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, TürkPA 2012-ci ildən etibarən CICA-nın fəaliyyətində müşahidəçi qismində iştirak edir və may ayında keçiriləcək zirvə toplantısında iştirakı gözlənilir.

 

Trend.az