ARDNŞ-yə məxsus neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixracına başlanılıb

Posted by

ARDNŞ-yə məxsus neftin Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixracına başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 15 fevral 2014-cü il tarixdən etibarən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus xam neftin təchizatına başlanılıb.

Bundan başqa, hazırda Bakı-Novorossiysk kəməri ilə ARDNŞ-yə məxsus neftin nəqli barədə Rusiya Federasiyasının “Transneft” şirkəti ilə də danışıqlar davam etdirilir.

ARDNŞ-nin hasil etdiyi neftin BTC vasitəsilə nəqlinə başlanılması Şirkətin bu neftin ixrac istiqamətlərinin diversifikasiyasını təmin edir.

Trend.az