ARDNŞ Аİ-95 benzininin istehsalını dayandırmaq niyyətindədir

Posted by

ARDNŞ Аİ-95 benzininin istehsalını dayandırmaq niyyətindədir

 

ARDNŞ Аİ-95 benzininin istehsalını dayandırmaq niyyətindədir

ARDNŞ Аİ-95 benzininin istehsalını dayandırmaq niyyətindədir

 

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkə hökumətinə Аİ-95 benzininin istehsalını dayandırmaq və tam şəkildə Аİ-92 benzininin istehsalına kemçəklə bağlı təkliflə müraciət edib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə 92 və 95 oktan ədədli mühərrik benzini markalarının idxalı müvafiq olaraq gömrük rusumundan azad edilib. Qərara əsasən, rüsum dərəcələri 15 faizdən sıfıra endirilib.

 

Nazirlər Kabinetinin digər qərarı ilə bu markadan olan benzinlərin idxalı üzrə aksiz dərəcələri 1 tona görə 250-dən 1 dollaradək azaldılıb.

 

Qərar 2014-cü il iyunun 1-dək qüvvədədir.

 

Xatırladaq ki, Azərbaycanda neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə qiyməti artıb.

 

Belə ki, Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.

 

Buna qədər isə 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 və Aİ-80 markalı benzinlərinin hər birinin qiyməti isə 55 qəpik təşkil edirdi. Azərbaycanda bunda qədər yanacağın qiymətləri 2007-ci ildə dəyişmişdi.

 

Azərbaycanda neft məhsulları Bakının iki Neft Emalı Zavodunun bazasında istehsal edilir. Hər iki zavodun birgə gücü ildə 16 milyon ton neft təşkil edir.

 

Trend.az