Heydər Əliyevin xarici səfərlərinə həsr olunan “30 tarixi səfər” kitabının təqdimatı keçirilib

Posted by

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin dəstəyi ilə nəşr edilən və Heydər Əliyevin xarici səfərlərinə həsr olunan “30 tarixi səfər” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimatda çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov kitabın əhəmiyyətinə toxunub. O bildirib ki, Heydər Əliyevin zəngin irsinin araşdırıldığı kitabların, sistemləşdirilmiş formada məlumatların dərc edilməsi Azərbaycanı tanımaq, onun xarici siyasətini anlatmaq üçün çox gözəl vasitədir.

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin sektor müdiri Ərəstu Həbibbəyli deyib ki, Heydər Əliyev müstəqil Azərbaycanın digər sahələrdə olduğu kimi, xarici siyasətdə də fundamental prinsiplərinin memarı olub və hazırda bu prinsiplər prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin təməlini təşkil edir. Ə. Həbibbəyli qeyd edib ki, bu balanslaşdırılmış, milli maraqlara söykənən müstəqil xarici siyasət Azərbaycanı müstəqilliyin ilk vaxtlarındakı gərgin vəziyyətdən çıxara bilib.

Daha sonra çıxış edən Azərbaycan Milli Məclisin üzvü Elmira Axundova Heydər Əliyevin diplomatik məharətindən, onun xarici siyasət quruculuğunda rolundan danışıb.

Kitab Azərbaycan və ingilis dilində nəşr olunub və alimlər, tədqiqatçılar, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Apa.az