AŞPA prezidenti: “Azərbaycan və Ermənistan nümayəndə heyətləri bir araya gəlməlidir”

Posted by

AŞPA prezidenti: “Azərbaycan və Ermənistan nümayəndə heyətləri bir araya gəlməlidir”AŞPA prezidenti: “Azərbaycan və Ermənistan nümayəndə heyətləri bir araya gəlməlidir”

AŞPA prezidenti: “Azərbaycan və Ermənistan nümayəndə heyətləri bir araya gəlməlidir”

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun sədri, xanım Ann Brassör mətbuat konfransı keçirdib.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, mətbuat konfransında AŞPA sədri bir çox məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

 

Erməni jurnalistin danışıqlarda Dağlıq Qarabağın da ayrıca tərəf kimi iştirakının mümkünlüyü ilə bağlı sualına A. Brassör belə cavab verib: “Ötən həftə mən Azərbaycanda səfərdə oldum və fürsətdən istifadə edərək parlamentlər səviyyəsində iki ölkənin nümayəndələri arasında təmasların keçirilməsinin vacibliyini bir daha qeyd etdim. Hazırda bu, olduqca mürəkkəb, hətta deyərdim ki, mümkünsüz bir məsələyə çevrilib. Lakin hər iki nümayəndə heyətini bir araya gətirə bilməyimiz çox vacib bir məsələdir. AŞPA-nın məndən öncəki sədri iki ölkə nümayəndə heyətləri arasında görüşlərin keçirilməsinə nail olmuşdu. Mən də ardıcıl olaraq bir neçə görüşlərin keçirilməsinə müvəffəq olmuşdum, lakin sonradan tərəflər bundan imtina etdilər. Biz məsələni parlamentarlar səviyyəsində irəli apara bilərik və mənim də istəyim odur ki, hər iki nümayəndə heyəti öz aralarında danışa bilsinlər. Lakin açıq deyim ki, bu gün bu məsələdə vəziyyət olduqca mürəkkəbdir və deyərdim ki, hətta mümkünsüzdür. Bizim işimizi davam etdirə bilməyimiz üçün hər iki tərəf öz aralarında danışmalıdır”.

 

Apa/az