AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 7-11-də keçiriləcək yaz sessiyasının gündəliyi açıqlanıb.
APA-nın xəbərinə görə, sessiyanın ilk günündə Ukraynada yaranmış vəziyyətə dair müzakirə keçiriləcək. Aprelin 8-də AŞ-nin insan haqları üzrə komissarı Nils Mujnieksin hesabatı dinlənəcək, Avropada milli azlıqların hüquqları ilə bağlı durum müzakirə olunacaq.
Aprelin 9-da hazırda AŞ Nazirlər Komitəsinə sədrlik edən Avstriyanın prezidenti Hayns Fişer çıxış edəcək. Vətəndaşlıq haqqında Avropa Konvensiyasının yerinə yetirilməsi barədə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun çıxışı gözlənilir. Aprelin 11-də qaçqınların iş hüququ, eləcədə Avropada uşaq yoxsulluğu məsələsi müzakirə olunacaq. Avropada uşaq yoxsulluğu mövzusunda Azərbaycan nümayəndə heyətini üzvü Sevinc Fətəliyeva məruzə ilə çıxış edəcək.
Apa.az