Ankarada Rusiya-Türkiyə danışıqları yüksək səviyyədə keçirilir

Posted by

Ankarada Rusiya-Türkiyə danışıqları yüksək səviyyədə keçirilir

Ankarada Rusiya-Türkiyə danışıqları yüksək səviyyədə keçirilir

 

Ankarada Rusiya-Türkiyə danışıqları yüksək səviyyədə keçirilir

 

Ankarada Rusiya-Türkiyə danışıqları yüksək səviyyədə keçirilir. Danışıqlar Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli söhbəti ilə başlayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

 

Bundan əvvəl Türkiyə Prezidentinin sarayı qarşısındakı meydanda rəsmi qarşılama mərasimi keçirilib.

 

RF Prezidenti saraya atlı mühafizə dəstəsinin müşayiəti ilə daxil olub. Binanın qarşısındakı meydanda fəxri qarovul düzülüb, iki ölkənin himnləri səsləndirilib. Daha sonra V.Putin və R.T.Ərdoğan sarayya daxil olublar. Burada iki ölkənin nümayəndə heyətlərinin təqdimatı keçirilib.

 

“1+1” formatında görüşdən sonra Rusiya və Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi planlaşdırılır. İclas Rusiya-Türkiyə sənədlərinin imzalanması və Türkiyə və Rusiya prezidentlərinin birgə mətbuat konfransının keçirilməsi ilə başa çatacaq.

 

Trend.az