Ankarada “Qarabağda 3 nəsil, 1 soyqırım” sərgisinin açılışı olub

Posted by

Ankarada “Qarabağda 3 nəsil, 1 soyqırım” sərgisinin açılışı olubAnkarada “Qarabağda 3 nəsil, 1 soyqırım” sərgisinin açılışı olub

Ankarada “Qarabağda 3 nəsil, 1 soyqırım” sərgisinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində “TURKSAM” Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ: işğal öncəsi və sonrası” adlı foto və “3 nəsil 1 soyqırım” adlı əşya sərgisinin açılış mərasimi keçirilib.

Şuradan Trend-ə daxil olan məlumata görə, toplantıya Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, millət vəkilləri Yusif Halacoğlu, Sinan Oğan, Həsən Hüseyn Türkoğlu, Fəramuz Üstün, Əli Heydər Önər, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin əməkdaşları, Milli Məclisinin deputatı Musa Qasımlı, diplomatik korpusun, medianın və QHT-lərin çox sayda nümayəndələri qatılıb.

“TURKSAM” sədri, millət vəkili Sinan Oğan sərgini açıq elan edərək həyata keçirilən layihənin mahiyyəti haqqında iştirakçılara məlumat verib.

Sərgidə çıxış edən TBMM-nin sədri Cəmil Çiçək deyib ki, bir çox dövlətlər və beynəlxalq təşkilatlar Suriya, Ukrayna və İraqdakı insan haqlarının vəziyyətindən narhatlıqlarını durmadan bildirmələrinə rəğmən, 22 ildən artıq müddətdə 1 milyondan çox azərbaycanlının yurd yerlərinin işğal altında olmasından, Qarabağda erməni təcavüzkarlığı səbəbindən insanlıq faciəsi yaşanmasından söz açmırlar. “Haqqa, hüquqa söykənməyən bir işğal və bunun nəticəsində hələdə cəzasını almamış vəhşiliklər, cinayətlər var. Bu cinayətlərin əmrini verənlərin içərisində Ermənistanın bugünkü prezidenti də var” deyən Cəmil Çiçək Qarabağ münaqişəsinin ədalətli həlli üçün yalnız Azərbaycanın deyil, özünü türk sayan hər kəsin çalışmasının vacibliyini vurğulayıb. Daha sonra TBMM-nin sədri sərginin xatirə dəftərinə düşüncələrini yazıb.

Tədbirdə Qarabağa heç zaman getməyən, orada soydaşlarımızın başına gətirilən faciələrdən məlumatlı olmayanlar üçün kifayət qədər foto və əşyanın olduğunu deyən TBMM-nin sədri 10 dekabr beynəlxalq insan haqları günündə bu sərginin Türkiyə Böyük Millət Məclisinin binasında da təşkil edilməsini təklif edib.

Toplantı iştirakçılarına “Qarabağda 3 nəsil, 1 soyqırım” adlı kitab hədiyyə olunub.

Layihə çərçivəsində bu gün Ankarada “Qarabağda 3 nəsil, 1 soyqırım: tarixi, təsiri və edilməsi lazım olanlar” adlı konfrans keçiriləcək. Sərginin İstanbul və digər Avropa şəhərlərində də təşkil edilməsi planlaşdırılır.

 

Trend.az