Amerikanın “Santa Barbara Independent” qəzeti 659 nömrəli Kaliforniya qətnaməsi barədə Azərbaycan və türk diasporları üzvlərinin müraciətini dərc etmişdir

Posted by

Amerikanın “Santa Barbara Independent” qəzeti Kaliforniya ştatının qanunvericilik orqanının təqdim etdiyi 659 nömrəli qətnaməyə qarşı yazılı kampaniya ilə əlaqədar olaraq Azərbaycan və türk diasporları üzvlərinin ştatın qanunvericilərinə müraciətini dərc etmişdir. “Erməni soyqırımının” təsdiqi üçün qanuni əsas yoxdur” adlı məqalədə deyilir ki, Kaliforniya ştatı assambleyasının üzvü Adrin Nazaryan tərəfindən təqdim olunmuş qanun layihəsi “erməni soyqırımı” tarixini ştatdakı orta məktəblərin tədris proqramlarına daxil etmək məqsədi daşıyır. Məktubda göstərilir ki, qanun layihəsində faktlar təhrif edilmişdir, belə ki, “erməni soyqırımı” haqqında qanunvericilərə uydurma və qanuni baxımdan əsassız məlumatlar təqdim olunmuşdur. Müraciətdə yazılmışdır ki, soyqırımı aktları, o cümlədən Holokost zamanı, Srebrenitsada və Ruandada baş vermiş soyqırımı aktları müvafiq tribunallar və məhkəmə prosesləri vasitəsilə bəşəriyyətə qarşı cinayətlər kimi təsdiqlənmişdir, lakin bunu Osmanlı imperiyasında baş vermiş hadisələr barədə ermənilərin iddiaları haqqında demək olmaz. Bu hadisələrin “soyqırımı” kimi tanınması üçün heç bir fakt yoxdur. Keçən ay İsveçrəyə qarşı Perinçek işi barədə İnsan Hüquqları üzrə Avropa məhkəməsinin qərarında deyilir ki, soyqırımı “çox məhdud tərifi olan bir termin və hüquqi anlayışdır”, erməni məsələsində onu sübut etmək çətindir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, məsələ tarixçilərin müzakirəsi üçün gündəlikdə qalmaqdadır. 2012-ci ildə ABŞ dövlət katibi Hillari Klinton da bu mövqedə olduğunu bildirmişdi. Amerikanın tanınmış tarixçiləri, o cümlədən Bernard Luis, Stenford Şou, Günter Lui, Castin MakKarti, Edvard Erikson və Maykl Günter də belə mövqe ilə razıdırlar. Bundan başqa, müraciətdə bildirilmişdir ki, Birinci Dünya müharibəsi zamanı yarım milyon nəfərdən çox türk, kürd və başqa millətlərdən olan müsəlmanlar erməni dövləti yaratmaq üçün rus, yunan və fransız orduları tərəfində vuruşan erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Müraciət “Par Turcica” institutu tərəfindən keçirilmiş kampaniyanın yekunu kimi dərc edilmişdir.

AzərTac.az