AMEA: Beynəlxalq təşkilatlar “Metsamor”un fəaliyyəti ilə bağlı məsələlərə həssas yanaşmalıdır

Posted by

AMEA: Beynəlxalq təşkilatlar "Metsamor"un fəaliyyəti ilə bağlı məsələlərə həssas yanaşmalıdır

AMEA: Beynəlxalq təşkilatlar “Metsamor”un fəaliyyəti ilə bağlı məsələlərə həssas yanaşmalıdır

AMEA: Beynəlxalq təşkilatlar "Metsamor"un fəaliyyəti ilə bağlı məsələlərə həssas yanaşmalıdır

Beynəlxalq təşkilatlar “Metsamor” atom elektrik stansiyasının (AES) fəaliyyəti ilə bağlı məsələlərə həssas yanaşmalıdır. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə elmləri üzrə koordinatoru Adil Qəribov “Metsamor”un istismar müddətinin uzadılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün Ermənistan hökuməti “Metsamor” AES-in istimar müddətinin uzadılması haqqında qərar verib: “Bunun üçün ilkin növbədə dövlətin qərarının verilməsi lazım idi. Artıq bu qərarı da veriblər. Lakin Beynəlxalq Atom Enerjisi Agentliyinin razılığını almaq üçün 2013-cü ilin yay aylarında onlar öz hesabatlarını təqdim ediblər ki, hansı işləri görməyi nəzərdə tuturlar. Bu işləri həyata keçirdikdən sonra Agentlik tərəfindən həmin reaktorun istismarı barədə sertifikat veriləcək. Həmin reaktoru yenidən rekonstruksiya etmək üçün böyük məbləğdə maliyyə vəsaiti lazımdır”.

Azərbaycanın “Metsamor” AES-in region üçün təhlükə mənbəyi olduğunu dəfələrlə bildirdiyini xatırladan A.Qəribov qeyd edib ki, əsas narahatlıq AES-in təbii kataklizmlərin təsirinə davamlılığıdır. “Metsamor” AES köhnə texnologiyalar əsasında tikilib, ona görə də həmin stansiyada çatışmazlıqların olması ehtimalı böyükdür: “Əlbəttə ki, həmin qurğuda çatışmazlığın olması labüddür. Burada təhlükəsizliklə bağlı bir sıra problemlər ortaya çıxa bilər. Bu gün dünya ölkələri nüvə enerjisi məsələsinə yeni kontekstdən yanaşırlar. Burada əsas məsələ təhlükəsizlikdir”.

A.Qəribov hesab edir ki, “Metsamor”un fəaliyyətinin təhlükəli olması yalnız Azərbaycanın mövqeyi kimi qəbul edilməli deyil. Bu məsələ bütün bəşəriyyətə problem yarada biləcək hal kimi diqqətdə saxlanılmalıdır. Qonşu dövlətlər də bu AES-in fəaliyyətinin region üçün təhlükəli olması barədə mövqelərini beynəlxalq ictimaiyyətə təqdim etməlidirlər.

 

Trend.az