Şamaxı Astrofizika Rəsədxanası Yer kürəsinin zülmətə bürünməsi ilə bağlı yayılan növbəti məlumatlara aydınlıq gətirdi

Posted by

Şamaxı Astrofizika Rəsədxanası Yer kürəsinin zülmətə bürünməsi ilə bağlı yayılan növbəti məlumatlara aydınlıq gətirdiŞamaxı Astrofizika Rəsədxanası Yer kürəsinin zülmətə bürünməsi ilə bağlı yayılan növbəti məlumatlara aydınlıq gətirdi

Şamaxı Astrofizika Rəsədxanası Yer kürəsinin zülmətə bürünməsi ilə bağlı yayılan növbəti məlumatlara aydınlıq gətirdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası dekabr ayında Yür kürəsinin zülmətə bürünməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

 

Rəsədxanın Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov Trend-ə deyib ki, belə məlumatlar əhalini təşvişə salmaq məqsədilə ABŞ-ın Aerokosmik Agentliyinin adından yazılır.

 

N.Cəlilov bildirib ki, Günəşdə partlayışların baş verməsi və nəticədə Yerin qaranlığa qərq olması barədə proqnozların xeyli əvvəldən verilməsi mümkünsüzdür: “Günəşin aktivliyini və bu prosesin Yerə təsirini, baş verən plazma axınlarının gücünü, onların Yerə yönəlib-yönəlməyəcəyini uzağı 3 gün əvvəl demək olar. Buna görə də bunu yalan informasiya sayıram”.

 

Qeyd edək ki, xarici ölkə saytlarının ABŞ-ın Aerokosmik Agentliyinə istinadən yaydığı məlumata görə, dekabrın 16-dan 22-dək güclü maqnit qasırğasının baş verməsi ilə əlaqədar Yer kürəsi zülmətə bürünəcək.

 

Trend.az