Almaniyanın Noymünster şəhərində Xocalı soyqırımını tanıtım tədbiri keçirilib

Posted by

Almaniyanın Noymünster şəhərində Xocalı soyqırımını tanıtım tədbiri keçirilib

 

Almaniyanın Noymünster şəhərində Xocalı soyqırımını tanıtım tədbiri keçirilib

Almaniyanın Noymünster şəhərində Xocalı soyqırımını tanıtım tədbiri keçirilib

 

Almaniyanın Noymünster şəhərində alman ictimaiyyətinin geniş iştirakı ilə Xocalı soyqırımını tanıtım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniya Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Elnur Rixter, Alman-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin rəhbəri Azad Əzizov və Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri Tengis Sade Baron zu Romkerhallın təşkilatçılığı ilə baş tutan tədbirdə ilk olaraq faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Alman-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin rəhbəri Azad Əzizov və Cəmiyyətin Noymünster şəhərindəki nümayəndəsi Elmira Məmmədova iştirakçılara erməni millətçilərinin vandalizmi barədə danışıblar.

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri Tengis Sade Baron zu Romkerhall isə qeyd edib ki, Xocalı soyqırımı XX əsr dünya tarixinin ən dəhşətli səhifələrindən biridir və erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti faktıdır.

Almaniya Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Elnur Rixter Almaniyanın bir çox şəhərlərində Xocalı faciəsi ilə bağlı keçirdikləri tədbirlərdən danışıb və bu tədbirlərin hər birində Xocalıda törədilən, ağlasığmaz qəddarlıq və qeyri-insani cəza üsulları ilə müşayiət olunan kütləvi qırğının əsl vəhşilik, genosid olduğunu alman ictimaiyyətinə çatdırmağa çalışdığını vurğulayıb.

Daha sonra əksəriyyəti yerli ictimaiyyətin nümayəndələri və ziyalılar olan qonaqlara Xocalı faciəsini əks etdirən videomaterial nümayiş etdirilib. Tədbirdə iştirak edən yerli ziyalılar gördükləri səhnələrdən təsirlənərək, bu cinayəti törədənlərin tezliklə cəzalandırılmasını istəyiblər. Onlar belə bir tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edərək Xocalı soyqırımına hüquqi qiymətin verilməsi və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə yönəlmiş səylərini daha da artırmağa söz veriblər.

 

Trend.az