Ali Məhkəmədə baxılmış işlərin hansı sahələr üzrə artdığı açıqlanıb

Posted by

Ali Məhkəmədə baxılmış işlərin hansı sahələr üzrə artdığı açıqlanıb

 

Ali Məhkəmədə baxılmış işlərin hansı sahələr üzrə artdığı açıqlanıb

Ali Məhkəmədə baxılmış işlərin hansı sahələr üzrə artdığı açıqlanıb

 

Ali Məhkəmədə 2013-cü il ərzində ailə, mülkiyyət, əmək hüququ, torpaq, vergi, bank krediti məsələləri ilə əlaqədar baxılan işlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Məhkəmədən Trend-ə verilən məlumata görə, bu barədə yanvarın 24-də Ramiz Rzayevin sədrliyi ilə keçirilən Ali Məhkəmənin növbəti Plenumunda bildirilib.

Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2013-cü ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Məruzə edən kollegiya sədrləri 2013-cü ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq irəliləyiş olduğunu qeyd ediblər.

Ali Məhkəmənin bütün kollegiyalarında – mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarında 2013-cü ildə baxılmış işlərin sayı 2012-ci illə müqayisədə artıb. Mülki kollegiyada 6,2 faiz, inzibati-iqtisadi kollegiyada 49,2 faiz, cinayət kollegiyasında 3,6 faiz, hərbi kollegiyada isə 9,7 faiz artım müşahidə olunub.

Xüsusilə qeyd edilib ki, vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı vəzifəli şəxslərin qanunla uzlaşmayan hərəkətlərinə dair inzibati işlərə baxılması 91,8 faiz təşkil edib.

Ümumiyyətlə, Ali Məhkəmədə baxılan işlərin sayı 12,5 faiz artdığına görə ləğv olunan məhkəmə qərarlarının sayı da buna nisbətdə artıb.

 

Trend.az