Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb

Posted by

Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb

 

Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb

 

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov 23 – 24 yanvar tarixlərində Parisdə, Kiyev görüşünün davamı olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

 

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasında bildirib ki, danışıqlar zamanı Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu, konkret və intensiv müzakirələr aparılıb.

 

Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan Elmar Məmmədyarov bildirib ki, Ermənistanın silahlı qüvvələri nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, bir o qədər qısa müddət ərzində də münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar.

 

E.Abdullayev qeyd edib ki, bir sıra məzmunlu məsələlər üzrə həmsədrlərlə müzakirələrin davam etdirilməsi barəsində razılıq əldə olunub. “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir”, – deyə E.Abdullayev vurğulayıb.

 

Apa.az