Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi keçiriləcək

Posted by

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi keçiriləcək

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi keçiriləcək

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, milli ictimai fikrin, elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

2014-cü ildə Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi tamam olur. Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır.

 

Gün.Az