ABŞ-ın daxili təhlükəsizlik katibinin köməkçisi Alan Bersin Azərbaycanda səfərdədir

Posted by

ABŞ-ın daxili təhlükəsizlik katibinin köməkçisi və beynəlxalq əlaqələr üzrə baş diplomatik zabit Alan Bersin Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən Beynəlxalq Gömrük Universitetlərinin Şəbəkəsinin Qlobal Konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Bu barədə Trend-ə ABŞ səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

A.Bersin konfransda “Təhlükəsizlik: xətlər və axınlar: sərhədlərin başlanğıcı və sonu. Sərhəd idarəetmə fəaliyyətinin nəzəriyyəsi və qlobal dövrdə təhlükəsizlik” mövzusunda çıxış edəcək.

Qeyd edək ki, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) “Bali Konfransından sonra ticarətin asanlaşdırılması: siyasətin həyata keçirilməsi” Birinci Qlobal Konfransı mayın 23-dək davam edəcək.

Trend.az