ABŞ Dövlət Departamenti Qarabağda Azərbaycana məxsus vertolyotun vurulmasının ildönümü ilə bağlı şərh verdi

Posted by

ABŞ Dövlət Departamenti Qarabağda Azərbaycana məxsus vertolyotun vurulmasının ildönümü ilə bağlı şərh verdi

ABŞ Dövlət Departamenti Qarabağda Azərbaycana məxsus vertolyotun vurulmasının ildönümü ilə bağlı şərh verdiABŞ Dövlət Departamenti Qarabağda Azərbaycana məxsus vertolyotun vurulmasının ildönümü ilə bağlı şərh verdi

20 noyabr Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycana məxsus olan “Mi-8” vertolyotunun erməni yaraqlıları tərəfindən məhv edilməsinin 22-ci ildönümüdür.

Vertolyotun partladılması nəticəsində Qarabağ münaqişəsu ilə əlaqədar bölgədəki vəziyyətlə tanış olmaq üçün oraya yola düşən Azərbaycan hökuməti nümayəndələri, o cümlədən, Qazaxıstandan və Rusiyadan olan sülhməramlılar həlak olublar.

“Bu faciəli hadisə həmin dövrdə baş verən ən böyük itkilərdən biridir. Ermənistanla Azərbaycan arasındakı müharibə zamanı insanların faciəli şəkildə həlak olması bizə bir daha onu xatırladır ki, münaqişənin hərbi yolla həlli qəbulolunmazdır” – Gün.az-ın məlumatına əsasən, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki dünən vurğulayıb.

“Nizamlanmanın yalnız sülh yolu ilə əldə olunması bölgəyə sabitlik, çiçəklənmə və tərəqqi gətirə bilər” – o sözlərinə əlavə edib.

Dövlət Departamentinin rəsmisi onu da qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi yenə də münaqişənin hər iki tərəfi ilə sülhün əldə edilməsi ilə bağlı işlərin aparılmasının və sülhə nail olunmasının qəti tərəfdarıdır.

Iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.