AŞ PA sədri Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı təklifi səsə qoymasına aydınlıq gətirib

Posted by

AŞ PA sədri Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı təklifi səsə qoymasına aydınlıq gətirib“Azərbaycanın ərazi bütövlüyü məsələsinin Avropa Şurası üçün prioritet təşkil edir. Biz həmçinin Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini ölkədə demokratik islahatlar prosesinin sürətləndirilməsi üçün yaxşı fürsət olduğunu düşünürük”.

AŞ PA sədri Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı təklifi səsə qoymasına aydınlıq gətirib

APA-nın Avropa müxbirinin məlumatına görə, bunu bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Ann Brassör yay sessiyası çərçivəsində azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

 

Assambleyanın sədri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti ilə münasibətlərinə də toxunub: “Səməd Seyidov birinci gün keçirtdiyimiz plenar iclasda Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul etdiyimiz qərarla əlaqədar mənə məktub ünvanlayaraq, bu iclasda iştirak edə bilməməsinə öz münasibətini bildirib. Həmin gün səhər Büro qərara almışdı ki, Azərbaycan üzrə siyasi məhbuslar məsələsi qurumun Monitorinq Komitəsinə göndərilsin və bu məsələ Azərbaycan üzrə həmməruzəçilərin hesabatına salınsın. Günorta isə cənab Maknamara söz istədi və büronun qərarına etiraz edərək, bu məsələnin İnsan hüquqları Komitəsinə göndərilməsinə təkid etdi. Bizim prosedur qaydalarımız da nəzərdə tutur ki, kimsə belə təklif edəndə buna digər deputat da öz etirazını bildirə bilər. Amma mən zala baxdıqda heç kimin etiraz etmək üçün əlini qaldırdığını görmədim. Hətta kiminsə bu təklifə etiraz edib-etmədiyini soruşdum. Zaldan cənab Maknamaranın təklifinə heç kim etiraz etmədi. Daha sonra mən hesabatçının rəyini soruşdum. Bundan sonra isə biz məsələni səsverməyə çıxardıq. Mən iclası aparan şəxs olaraq bu proseduru yerinə yetirməliydim. Çünki sədr olaraq mənim işim ilk növbədə prosedur qaydalara riayət olunmasını təmin etməkdir. Assambleyada bütün məsələlərə eyni qaydada baxılmalıdır. Mənim sədr kimi işim də ilk növbədə reqlamenti gözləmək, daha sonra isə qəbul edilmiş qərarın icrasını təmin etməkdir. Yəni belə məsələlərdə mənim şəxsi mövqeyim heç bir rol oynamır və oynamamalıdır da. Sədrin başqa bir imtiyazı, üstünlüyü yoxdur. Onun işi sadəcə məclisin reqlamentinə cavabdeh olmaqdır”.

 

A. Brassör deyib ki, iclasın fasilədən sonrakı hissəsində Səməd Seyidov onu və Assambleyanın baş katibini manipulyasiya etməkdə günahlandırıb: “Mən bu ittihamı qəbul etmirəm, çünki bu, manipulyasiya deyil, sadəcə reqlamentin icra edilməsidir. Cənab Seyidovun arqumentinin biri də odur ki, o, günorta ziyafətə qatıldığı üçün məsələnin səsə qoyulması zamanı zalda olmayıb. Əlbəttə, birinci gün səhər iclası həmişəkindən bir az uzun çəkmişdi. Amma onu da deyim ki, günorta təşkil etdiyimiz ziyafət deyildiyi kimi saat 13:00-da deyil, saat 13:15-də başlayırdı”.

 

Xanım Brassör onu da deyib ki, o bu məsələ ilə bağlı etirazları anlamır.

 

Apa/az