Aİ Ermənistanı tez və qəti addımlar atmağa çağırır
Avropa İttifaqının (Aİ) nümayəndə heyəti bu gün Ermənistan hakimiyyətini vətəndaş cəmiyyətinin fəallarına və müxalif siyasi xadimlərə qarşı güc tətbiq etmiş məsul şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tez və qəti addımlar atmağa çağırıb.
Trend-in “Mediamaks”a istinadən verdiyi məlumata görə, bu barədə Aİ nümayəndə heyətinin yaydığı bəyanatda deyilir.
Bəyanat Ermənistanda akkreditə olunmuş Aİ üzv ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə razılaşdırılıb.
Bəyanatda deyilir ki, Aİ-nin nümayəndə heyəti 2013-cü ildə baş vermiş analoji fəaliyyətin araşdırılmasına dair nəticələrin olmamasına görə narahatdır: “Qanunların səmərəsiz istifadəsi ölkədə qanunsuzluq mühitinin inkişaf riskini artırır”.
Aİ-nin nümayəndə heyəti təsdiq edir ki, demokratik prinsiplərə, insan haqlarına və əsas azadlıqlara sadiqlik Ermənistan-Aİ münasibətlərinin vacib tərkib hissəsidir.
Trend.az