Norveçin Azərbaycandakı səfiri məcburi köçkünlərlə görüşüb

Posted by

Norveçin Azərbaycandakı səfiri məcburi köçkünlərlə görüşüb

Norveçin Azərbaycandakı səfiri məcburi köçkünlərlə görüşüb

 

 

Norveçin Azərbaycandakı səfiri məcburi köçkünlərlə görüşüb

Norveçin Azərbaycanda yeni təyin olunmuş səfiri Bord İvar Svendsen dekabrın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun müşayiəti ilə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb. Bu barədə AzərTAc-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

 

F.Hüseynov səfirə məlumat verib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın yurdlarına qayıdanadək mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı və ona edilmiş Əlavələrə uyğun olaraq indiyədək respublikamızın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə bu cür 89 müasir tipli qəsəbə tikilib istifadəyə verilib, daha ağır şəraitdə yaşayan soydaşlarımız bu qəsəbələrə köçürülüb.

 

Sonra diplomat məhəllədə inşa olunmuş orta məktəb binası, uşaq bağçasında yaradılan hərtərəfli şəraitlə tanış olub. Səfirin diqqətinə çatdırılıb ki, müasir tipli bu qəsəbədə yaşayış binaları, orta məktəb, uşaq bağçası ilə yanaşı, klub-icma mərkəzi, poçt şöbəsi və digər zəruri sosial-texniki infrastruktur istifadəyə verilib.

 

Bord İvar Svendsen Zəngilan rayonundan məcburi köçkün Ərşad Piriyevin evindəki şəraitlə tanış olub, onunla söhbət edib. Səfir məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onun üçün mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb.

 

Diplomat həmin gün Binəqədi rayonu ərazisində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşan məcburi köçkünlərlə də görüşüb, onların həyat şəraiti ilə yaxından tanış olub.

 

AzərTac.az