Aİ: Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvo qəbuledilməzdir və problemin sülh yolu ilə həlli prioritetdir

Posted by

Aİ: Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvo qəbuledilməzdir və problemin sülh yolu ilə həlli prioritetdir

Aİ: Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvo qəbuledilməzdir və problemin sülh yolu ilə həlli prioritetdirAİ: Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvo qəbuledilməzdir və problemin sülh yolu ilə həlli prioritetdir

Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud status-kvo qəbuledilməzdir və münaqişənin sülh yolu ilə həlli prioritetdir. Trend-in məlumatına görə, bunu Litvanın xarici işlər naziri Linas Linkyaviçyus Aİ-Ermənistan Əməkdaşlıq Şurasının 14-cü iclasından sonra deyib.
L.Linkyaviçyus bildirib ki, Əməkdaşlıq Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişləri nəzərdən keçirib: “Aİ Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada baş tutan görüşü və prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesini irəlilətmək istəyini alqışlayıb”.
Onun sözlərinə görə, hər iki tərəf ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəklədiklərini bəyan ediblər.
Litvanın xarici işlər naziri tərəfləri gərginliyi artıracaq və danışıqlara mənfi təsir edəcək hərəkətlərdən uzaq durmağa çağırıb.