ATƏT Parlament Assambleyasının prezidenti Bakıya gəlib
ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç Azərbaycana gəlib. Milli Məclisdən APA-ya verilən məlumata görə, R. Krivokapiçi Heydər Əliyev Hava Limanında MM sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə məqsəd ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü yay sessiyasında iştirak etməkdir. Səfər zamanı R. Krivokapiç Azərbaycanda bir sıra rəsmi görüşlər də keçirəcək.
Apa/az