Kəmaləddin Heydərov Bərdədə vətəndaşları qəbul edib

Posted by

Kəmaləddin Heydərov Bərdədə vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Bərdədə vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Bərdədə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bərdə şəhərində Bərdə, Ağdam və Tərtər rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

 

APA-nın Qarabağ müxbiri xəbər verir ki, nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

Bundan başqa, kadr məsələləri ilə bağlı 151, digər məsələlərlə bağlı müraciət etmiş 71 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

 

Apa/az