Azərbaycan, Türkmənistan və Türkiyə XİN rəhbərlərinin görüşünün ilkin tarixi açıqlanıb
Azərbaycan, Türkmənistan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli formatda ilk görüşünün ilkin tarixi açıqlanıb. Görüşün mayın 26-da Bakıda keçiriləcəyi gözlənilir. Bu barədə şənbə günü Trend-ə diplomatik mənbədən bildiriblər.
Bakıda görüş zamanı üç ölkənin xarici işlər nazirlərinin regiondakı vəziyyəti, Xəzərin statusunu, eləcə də əməkdaşlıq məsələlərini müzakirə edəcəkləri gözlənilir.
Artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İranın görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının XX iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.
Trend.az