Ukrayna Avropa Birliyi ilə Assosiativ Sazişin iqtisadi hissəsini iyunun 27-də imzalayacaq

Posted by

Ukrayna Avropa İttifaqı ilə Assosiativ Sazişin iqtisadi hissəsini iyunun 27-də, AB-nin sammitində imzalaya bilər.

APA-nın “RBK-Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla Avropa Birliyinin genişləndirmə siyasəti üzrə komissarı Ştefan Füle Kiyevdə çıxış edib.

“Müvafiq danışıqlar başa çatıb. Saziş hazırdır. Avropa Parlamenti və Avropa Komissiyası mövqelərini açıqlayıb. İndi isə Ukrayna parlamenti və hökuməti sazişin imzalama üsulu ilə bağlı qərar qəbul etməlidir”, – deyə Ş.Füle bildirib.

Qeyd edək ki, 2014-cü il, iyunun 27-də Gürcüstan və Moldova da Avropa Birliyi ilə Assosiativ Saziş imzalayacaqlar.

Apa.az