Azərbaycan Rusiyaya qaz ixracını bərpa etmək niyyətindədir
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şimal istiqamətində gedən qaz kəmərində bərpa işlərini başa çatdırdıqdan sonra Rusiyaya qaz ixracını bərpa etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda ARDNŞ Rusiyaya qaz ixrac etmir. Bu, Azərbaycandan Rusiyaya gedən qaz kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır. Qaz ixracı 2014-cü ilin yanvarından dayandırılıb: “Hələlik qazın verilişi bərpa edilməyib. Bu, müqaviləyə heç bir təsir göstərmir, çünki müqavilə qaz nəqlini istənilən zaman bərpa etmək şərti ilə bağlanıb”.
2013-cü ildə ARDNŞ Rusiyaya 1,37 milyard kubmetr qaz ixrac edib.
Trend/az