BMT-nin Sülhyaratma Korpusuna ilk dəfə olaraq qadın rəhbərlik edəcək

Posted by

Norveçli Kristin Lund BMT-nin Sülhyaratma Korpusuna rəhbərlik edən ilk qadın olacaq.

APA-nın “Russia Today”ə istinadən məlumatına görə, bu barədə BMT baş katibi Pan Gi Mun açıqlama verib.

Onun sözlərinə görə, 56 yaşlı norveçli general Kristin Lund avqustun ortalarında Kiprdə BMT sülhyaratma missiyasının rəhbəri olan çinli general Çao Liunu əvəz edəcək.

Qeyd edək ki, K.Lund 2007-2009-cu illərdə Norveç Ordu Qüvvələri Komandanlığının komandan müavini və Norveç Mühafizə Qüvvələrinin qərargah rəisi kimi xidmət göstərib. O, həmçinin Livanda və keçmiş Yuqoslaviyada BMT-nin hərbi tapşırıqlarına cəlb olunub.

Apa/az