Azərbaycan prezidenti Rusiya prezidenti yanında uşaq hüquqları üzrə müvəkkili qəbul edib

Posted by

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxovu qəbul edib.

APA-nın məlumatına görə, P.Astaxov Rusiya prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını Azərbaycan prezidentinə çatdırıb.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar, mədəniyyət və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya prezidentinə çatdırmağı xahiş edib.

Apa/az