Zakir Həsənov italiyalı senatorla bölgədəki hərbi-siyasi vəziyyəti müzakirə edib

Posted by

Müdafiə naziri İtaliya Senatının Müdafiə Komissiyasının sədrini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikası Senatının Müdafiə Komissiyasının sədri Nikola Latorreni qəbul edib.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, hər iki ölkənin regional təhlükəsizliyə verdiyi töhfələr, o cümlədən Azərbaycan və İtaliya arasında hərbi, hərbi-təhsil sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutillo da iştirak edib.

Trend/az