Pakistanda Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılışı olub

Posted by

Pakistanda Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş "Heydər Əliyev Su Təchizatı layihəsi"nin açılışı olub

Pakistanda Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılışı olub

Pakistanda Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş "Heydər Əliyev Su Təchizatı layihəsi"nin açılışı olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Pakistanın Dera İsmayıl Xan ərazisinin (Tayfalar ərazisi) Tank bölgəsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Azərbaycanın Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi keçirilib.

 

Trend Heydər Əliyev Fondunun saytına istinadən xəbər verir ki, mərasimdə Pakistan parlamenti sədrinin sabiq müavini, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundi, Xayber Paxtunxva əyalət hökumətinin təmsilçiləri, əyalət assambleyasının deputatları, ətraf kəndlərin ağsaqqalları və media nümayəndələri iştirak ediblər.

 

Fəysəl Kərim Kundi Pakistanın mütəmadi olaraq terrordan əziyyət çəkən və iqtisadi inkişafdan geri qalan regionunda Heydər Əliyev Fondu tərəfindən belə aksiyanın keçirilməsini yüksək qiymətləndirib, Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, “Heydər Əliyev Su Təchizatı layihəsi”nin içməli su çatışmazlığından əziyyət çəkən bölgə sakinləri üçün böyük dəstək olduğunu söyləyib.

 

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov isə iki xalq arasındakı münasibətlərdən danışıb. Mərasimin ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində keçirildiyini xatırladan səfir ulu öndərin həyat və fəaliyyətindən söz açıb. Diplomat Pakistanın müxtəlif əyalətlərində Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə səhiyyə, təhsil sahələrində silsilə humanitar yardım proqramlarının həyata keçirildiyini də xatırladıb.

 

“Heydər Əliyev Su Təchizatı layihəsi” çərçivəsində dərinliyi 700 metrdən artıq olan quyudan gün ərzində 150 tondan çox içməli su çıxarılacaq. Su ehtiyatı, fasiləsiz elektrik təchizatı qurğusu və supaylayıcı sistemdən ibarət “Heydər Əliyev Su Təchizatı layihəsi” bölgədə yaşayan 40 min sakini içməli su ilə təmin edəcək.

 

Trend.az