Azərbaycan Rusiya və İranla enerji sisteminin sinxronlaşdırılmasına hazırdır

Posted by

Azərbaycan Rusiya və İranla enerji sisteminin sinxronlaşdırılmasına hazırdır

Azərbaycan Rusiya və İranla enerji sisteminin sinxronlaşdırılmasına hazırdır

 

Azərbaycan Rusiya və İranla enerji sisteminin sinxronlaşdırılmasına hazırdır

Azərbaycan öz enerji sistemini Rusiya və İranın enerji sistemləri ilə sinxronlaşdırmağa texniki baxımdan hazırdır. Bu barədə Trend-ə Azərbaycan energetika nazirinin müavini Natiq Abbasov bildirib.

 

Onun sözlərinə görə, üç ölkənin enerji sistemlərinin sinxronlaşdırılması Rusiya və İranın birgə təşəbbüsü olub.

 

Nazir müavini qeyd edib ki, Azərbaycan tranzit ölkə kimi elektrik enerjisinin ötürülməsi əməliyyatlarından dividendlər əldə edəcək: “Azərbaycan Rusiya, eləcə də İranla sərhəddə texniki baxımdan buna artıq çoxdan hazırdır. Bizdə elektrikötürücü xətlər və yarımstansiyalar da hazırlanıb”.

 

Azərbaycan və Rusiyanın enerji sistemləri “Dərbənd” (330 kilovolt) və “Yalama” (110 kilovolt) EÖX vasitəsilə artıq birləşdirilib. Öz növbəsində, Azərbaycanla İran arasında elektrik enerjisi axını 230 kilovoltluq “Parsabad I” xətti, 330 kilovoltluq “Parsabad II” xətti, 110 kilovoltluq “Astara”, hər biri 132 kilovoltluq “Culfa” və “Araz” EÖX-ləri vasitəsilə həyata keçirilir.

 

Üç ölkənin enerji sistemlərinin sinxronlaşdırılması layihəsinin həyata keçirilməsi Azərbaycan, Rusiya və İran arasında qarşılıqlı elektrik enerjisi mübadiləsini icra etməyə, həmçinin bu layihəyə regionun digər ölkələrini cəlb etməyə imkan verəcək.

 

Trend.az