Bu gün Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 28 il ötür

Posted by

Bu gün Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 28 il ötür.

APA-nın “Ukraynanın milli xəbərləri”nə (UNN) istinadən verdiyi məlumata görə, ХХ əsrin faciəsi adlandırılan dəhşətli hadisə 1986-cı il, aprelin 26-da baş verib.

Çernobıl AES-in dördüncü enerji blokundakı partlayışdan sonra atmosferə külli miqdarda radioaktiv maddə yayılıb. Radioaktiv tullantıların ümumi miqdarı 1945-ci ildə Xirosimaya atılan atom bombasından 500 dəfə güclü olub.

Ukraynadan savayı, əhalisi 3 milyonadək olan Rusiyanın 19 regionunun yaşayış məntəqəsi də radioaktiv çirklənməyə məruz qalıb. Stansiyadakı partlayışdan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Belarusa və Şərqi Avropaya çatıb.

Qəza nəticəsində böyük bir ərazi xarabalığa çevrilib, yüz minlərlə insan, xüsusən qəzanın nəticələrinin aradan qaldırılmasında yaxından iştirak edənlər radioaktiv şüalanmaya məruz qalıb, sağalmaz xəstəliklərə düçar olublar.

Apa.az